1 Mart 2023 09:33
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Teleqraf.com xəbər verir ki, sərnişin qatarının bəzi vaqonlarının relsdən çıxması nəticəsində 32 nəfər ölüb, 85 nəfər yaralanıb.

Qəzada həyatını itirənlərin sayının hər keçən dəqiqə artdığı bildirilir.

Afinadan Salonikiyə gedən IC 62 nömrəli qatarda təxminən 350 sərnişin olub. Qəza yerində axtarış-xilasetmə işləri davam edir.

***

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “ERT NEWS” kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.

“Təsdiqlənmiş məlumata görə, hazırda dağıntılar altından 26 nəfərin cəsədi çıxarılıb. Ən azı 85 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Hadisə yerinə 150 ​​yanğınsöndürən, 40 təcili tibbi yardım maşını cəlb olunub”-deyə, o bildirib.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib. Bəzi şahidlər qatarların toqquşmasının çox güclü olduğunu, bir neçə vaqonun dərhal alovlandığını bildiriblər.


Müəllif: Nemət

Oxşar xəbərlər