2 Mart 2023 08:29
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub. Dağıntılar altında sakinlər qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Zaporojye şəhər Şurasının katibi Anatoli Kurtev teleqramda bildirib.

İlkin məlumata görə, 2 nəfər həlak olub. Faciə yerində Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti, sosial müdafiə, polis və şəhər şurasının yardım məntəqələri quraşdırılıb.

Qeyd olunub ki, kommunal avtobuslar zərərçəkənləri təxliyə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər