2 Mart 2023 15:50
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətin “Altılıq Masası”nın prezidentliyə namizədini müəyyən edəcək toplantı başlayıb.

Teleqraf.com xəbər verir ki, toplantıya bloka daxil olan Səadət Partiyası ev sahibliyi edir.

***

11:59

Prezidentliyə namizədinin dəqiqləşəcəyi gözlənilən Türkiyənin müxalif “Altılıq Masası” blokunun (yaxud Millət İttifaqının) məsələ ilə əlaqədar son toplantısı bu gün Səadət Partiyasının qərargahında keçiriləcək.

Teleqraf.com xəbər verir ki, toplantıda Millət İttifaqının müəyyən ediləcək namizədinin adının açıqlanmasının başqa iclasa buraxılacağı bildirilir.

Toplantıdan öncə açıqlama verən Səadət partiyasının sədri Təməl Karamollaoğlu liderlərdən birinin namizədliyinin konsensusu gücləndirəcəyini deyib.

“Altılıq Masası”nın namizədi ilə bağlı danışan Cümhuriyyət Xalq Partiyasının (CHP) məclis üzvü Ərən Ərdəm CHP-də Kamal Kılıçdaroğludan başqa ismin təklif olunmayacağını söyləyib.

Bu gün toplantıda müəyyən ediləcək namizədin martın 10-dan sonra keçiriləcək toplantıda ictimaiyyətə açıqlanacağı bildirilir.

İYİ partiyanın sədri Maral Akşənər namizədliyi partiyadaxili məsələ və ya ofis söhbəti kimi görənlərə müraciət etmək istədiyini deyib:

“Hər kəs bunu öz üzərinə götürməli və çox yaxşı düşünməlidir. Heç kəs unutmasın, bəzən əsl komandir olmaq üçün epauletlərdən imtina etmək lazımdır. Əsl mübarizə üçün ilk növbədə özünlə barışmalısan. Kiçik hesabları qırağa qoyub böyük mənzərəni görmək lazımdır. Dünən də yolumuz belə idi, bu gün də belədir”.

Akşənərin bu sözləri kimə ünvanladığı məlum olmasa da, onun son zamanlarda Kılıçdaroğlu ilə münasibətlərinin kəskin olduğu hər kəsə bəllidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər