2 Mart 2023 21:42
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

60 il əvvəl MOSSAD-ın (İsrailin xüsusi xidmət orqanı) rəhbəri olmuş İsser Harelin ABŞ barədə verdiyi proqnozlar və bunların doğru çıxması bu gün də diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, 1952-1963-cü illərdə MOSSAD-a rəhbərlik etmiş Harel 1980-ci ildə amerikalı jurnalist Maykl D.Evansa verdiyi müsahibədə maraqlı detalları dilə gətirir.

Evansın “ABŞ-ın növbəti prezidenti kim olacaq” sualına Harel “Ronald Reyqan” cavabını verir.

1980-ci ildə müsahibə verilən zaman İranda “Girov böhranı” yaşanırdı, o zaman Ruhullah Xomeyninin tərəfdarı olan minlərlə tələbə ABŞ səfirliyinə basqın edərək 52 Amerika əməkdaşını 444 gün ərzində girov saxlamışdı. Bu səbəbdən MOSSAD-ın keçmiş rəhbəri müsahibəsində Reyqanın ABŞ prezidenti olacağını və “Girov böhranı”na son qoyacağını deyir.

Harelin proqnozları özünü doğruldur, Reyqan 1981-ci ildə ABŞ prezidenti kimi böhrana son qoyur.

Evans Harelə “Terrorçular ABŞ-da da hərəkətə keçə bilərmi” sualını ünvanlayır.

Harel “Bəli” cavabını verəndə Evans bunun “harada” olacağını soruşur. MOSSAD-ın keçmiş rəhbəri suala “Nyu-York” cavabını verir:

“Terrorçular Nyu-Yorkda hərəkətə keçə bilərlər, onların sizin ən hündür binanıza hücum etmək ehtimalı yüksəkdir”.

Harelin bu proqnozu da özünü doğruldur, “Əkiz Qüllələr”in dayanacağında bomba partladılır. Bu, qüllələrə zərər verməsə də, 2001-ci ildə baş verən hücum “Əkiz Qüllələr”i yox edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər