6 Mart 2023 20:38
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə müxalifətinin vahid namizədinin prezident seçkisində qalib gəlmək şansı azdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert qardaş ölkənin ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Müxalifətin “Altılıq Masası”nın səsvermə nəticələrindən asılı olmayaraq, Maral Akşənər bütün bu prosesdən açıq şəkildə qalib kimi çıxdı. Son bir neçə gündə Türkiyədə siyasətlə maraqlanan hər kəs ancaq bu haqda danışır.

Siyasətçi üçün tanınmaq uğurun açarıdır. Akşənər bütün rəqiblərini məharətlə məğlub etdi, müxalifət düşərgəsindəki çatları göstərdi, İmamoğlu, Yavaş və Kılıçdaroğlunu üz-üzə qoydu.

Akşənərin şəxsi və partiyasının reytinqi ciddi şəkildə möhkəmləndi. Müstəqil siyasətçi olduğunu, “Altılıq”dan asılı olmadığını göstərdi. Bütün bunlardan sonra İmamoğlu və Yavaş, o cümlədən Davudoğlu və Babacan ondan ittifaqa qayıtmasını xahiş edirlər.

İndi müxalifətdən kimin vahid namizəd olacağının fərqi yoxdur, çünki şansları azdır. Akşənər atdığı addımlarla həm özünü gücləndirdi, həm də Ərdoğana kömək (seçkidə qalib gəlməsinə - red.) etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər