7 Mart 2023 20:14
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus lideri Aleksandr Lukaşenko Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı sərt bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, Belarus başçısı Ukrayna liderini “bit” adlandırıb.

“Mən düşünürdüm ki, Ukraynanın sülhə ehtiyacı var, amma Zelenski öz xalqının kökünü kəsir. Prezident Zelenski sadəcə bir bitdir. Sadəcə bir bit! Bu cür əməliyyatlar ölkə rəhbəri və ali baş komandanla razılaşdırılmadan həyata keçirilmir. Mən bunu sizə prezident kimi deyirəm”, - Lukaşenko bildirib.

O, iddia edib ki, guya Zelenski Belarusun arxasınca qaçır, öz adamlarını göndərir və nə baş verdiyini öyrənməyə çalışır. Lukaşenko növbəti dəfə o iddiasını təkrarlayıb ki, Zelenski ondan təcavüz etməmək haqqında pakt bağlamağı xahiş edib.

“Əvvəl də dediyim kimi, o, mənə dedi ki, “Gəlin hücum etməmək barədə pakt bağlayaq, razılaşaq, sizinlə heç bir problemimiz yoxdur”. Mən ona dedim ki, biz hücum etmək fikrində deyilik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər