“Gürcüstanda martın 7-də başlayan kütləvi etirazlar sırf Tiflislə Moskva arasında qarşıdurma yaratmaq üçün lazımdır. Moskva bu cür təxribatlara ciddi cavab verməyə qadirdir”.
Teleqraf.com xəbər verir ki, bunu “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
“Əslində, əvvəldən bəlli idi ki, bütün bu təlaşın məqsədi bizə qarşı ikinci cəbhə açmaqdır. 2008-ci ilin avqust hadisələri təkrarlanarsa, heç kim (Rusiya) Gürcüstanla toqquşmayacaq və ora qoşun göndərməyəcək, sadəcə olaraq, çox vaxt itirmədən birbaşa Tiflisə hücum edəcək”, - Simonyan bildirib.