12 Mart 2023 01:45
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə 250 minə yaxın insan məhkəmə islahatlarına qarşı etiraz aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bütün İsrail şəhərlərində rekord sayda etirazçı müşahidə olunub. Hayfada onların sayı 50 mini keçib ki, bu da rekord göstəricidir. Raananda 9 minə yaxın, Kiryat Onoda 3500, Rehovotda isə 3000-dən çox etirazçı var.

“Biz hüquq sisteminin hökumətə tabe olmasına razı olmayacağıq – nə hakimlərin təyinatı komitəsində, nə Ali Məhkəmədə baş hakimin təyinatında, nə də başqa bir şəkildə”, - deyən təşkilatçılar məhkəmə islahatlarına sərt etiraz edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər