Zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, saxlanılanların 279-u həbs edilib, 370 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.
Bundan başqa, 250 şübhəli barəsində axtarış elan edilib.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.