Baxmut istiqamətində döyüşlər gecə-gündüz davam etsə də, vəziyyət nəzarət altındadır. Ukrayna hərbçiləri manevr müdafiəsindən istifadə edirlər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun 3-cü hücum briqadası komandirinin müavini mayor Rodion Kudryaşov deyib.
“Baxmutda vəziyyət son dərəcə kəskindir. Düşmən Silahlı Qüvvələrin mövqelərinə soxulmağa çalışır və irəliləmək üçün hər şeyi edir. Vəziyyət gərgindir, amma Silahlı Qüvvələr tərəfindən idarə olunur. Manevr müdafiəsindən istifadə edirik və problemli ərazilərə əks hücum həyata keçiririk”, - Kudryaşov bildirib.
Mayorun sözlərinə görə, hazırda 10-50 metr məsafədə döyüşlər gedir, Ukrayna ordusu səngərlərdən düşmənin mövqelərini darmadağın edir.
“Düşmənin mövqelərinə basqın edəndə hərbçilərimizin ayaqları sözün əsl mənasında düşmənin səngərlərinə çırpılır və düşməni səngərdən sökürlər. 10-50 metr məsafədə döyüşlər davam edir”.
Ukrayna ordusunun Baş Qərargahının məlumatına görə, rus qoşunlarının Baxmut şəhərinə hücumu dayandırmır.
Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, Donetsk vilayətində Baxmut ətrafında vəziyyət gərgin olaraq qalır, çünki düşmən Ukrayna qoşunlarının müdafiəsini yarmağa və şəhər mərkəzinə doğru irəliləməyə cəhd göstərir.