14 Mart 2023 10:49
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə Rusiya arasında müharibə zamanı çeçen birləşmələri cəbhədə minimal rol oynayırlar. Rus ordusunun bu silahlı birləşmələri əsasən Luqansk vilayətinin Biloqorivka qəsəbəsi yaxınlığında aparılan hücum əməliyyatlarında iştirak edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Məlumatda o da qeyd edilir ki, çeçen bölmələri ələ keçirilən Ukrayna ərazilərinin arxa bölgələrində “hüquq-mühafizə” funksiyalarını da yerinə yetirirlər.

Amerikalı analitiklər söyləyirlər ki, çeçen hərbi birləşmələri cəbhədə ciddi uğurlar qazana bilmirlər, Çeçenistan rəhbəri Ramzan Kadırov bu səbəbdən Rusiya Prezidenti Vladimir Putinin ona olan etimadını itirməkdən qorxur.

“Çeçen birləşmələri hazırda Ukraynada cəbhədə minimal rol oynayırlar”, - hesabatda deyilir.

ISW hesab edir ki, Putinlə son görüşü zamanı Çeçenistan lideri öz reputasiyasını şişirtməyə çalışıb.

Ramzan Kadırov martın 13-də Vladimir Putinlə görüşərək Çeçenistanın ötənilki “sosial-iqtisadi uğurlar”ını müzakirə edib. Bundan əlavə, Kadırov çeçen silahlıları tərifləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər