14 Mart 2023 14:52
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının namayəndələri Avropa İttifaqının (Aİ) bayrağını yandırıblar.

Teleqraf.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bayraq parlament binasının önündə yandırılıb.

Qeyd edək ki, Aİ bayrağının yandırılmasına görə 380 dollar cərimə nəzərdə tutulub.

***

13:56

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb.

Teleqraf.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiyalar televiziya kanalları ilə yayımlanmır.

Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar.

Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər