16 Mart 2023 23:56
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq güvənilir bir alternativə çevrilən Orta dəhlizin inkişaf etdirilməsi mövzusunda razılaşdıq.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, enerji təhlükəsizliyi üçün mövcud və potensial əməkdaşlıq sahəsində müzakirələr aparıldı.

"Regional və qlobal məsələləri də dəyərləndirdik. Türk Dövlətləri Təşkilatının beynəxalq səviyyədə tanınması getdikcə artır", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər