“Ərdoğanın sülh istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini, sülhün qorunması istiqamətində fəaliyyətini və vasitəçilik təşəbbüslərini yüksək qiymətləndiririk”, - deyə Peskov vurğulayıb.