Bodo Milli Demokratik Cəbhəsi terrorçularının Hindistanın şimal-şərqindəki Assam əyalətinə basqını nəticəsində 105 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, basqın nəticəsində son 48 saat ərzində ən azı 81 nəfər həyatını itirib. Yerli qüvvələr bölgədə nəzarəti ələ almağa çalışsalar da, buna nail ola bilməyiblər.
Rəsmilər Assamda vəziyyətin hələ də gərgin olduğunu qeyd ediblər.
Samir