19 Mart 2023 13:30
5 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni Milli Döyüş Təyyarəsinin (MMU) uçuş zolağına çıxarılması dünya mediasında gündəm olub.

Teleqraf.com xəbər verir ki, gəlişmə xüsusilə bir çox cəhətləri ilə ABŞ F-35-ləri ilə müqayisə edilən Yunanıstanda təşviş yaradıb.

CNN-nin Yunanıstan bölməsi yayımladığı materialda “Narahat olmalıyıq” mesajını verib. Stavros Yannidisin məqaləsində Türkiyənin yaxın müddətdə mövcud F-16 inventarını MMU ilə əvəz edə biləcəyi deyilib.

Təyyarənin xüsusiyyətləri haqda əsas məlumatlar verilərkən, “Türkiyə Əsri” həmləsinin iddialı bir proqram olduğu qeyd edilib və MMU-nun bu projenin bəhrəsi olduğu vurğulanıb:

“Türkiyənin 5-ci nəsil qırıcısının prototipi ilk sınaqdan yenicə keçib və qarşıda hələlik bir neçə illik inkişaf dövrü var. Bütün bunlara baxmayaraq, Türkiyə bir çox vacib məqamları sübut etdi. Türkiyə qırıcı təyyarənin prototipini yarada bilib və onu az sayda ölkənin çatdığı səviyyəyə çatdırıb”.

Bundan əlavə, Türkiyədə dron texnologiyalarındakı oxşar uğurun MMU-da təkrarlana biləcəyi vurğulanıb və bu layihədə də eyni satış uğurunu əldə etməyin mümkün olduğu qeyd edilib.

MMU Yunanıstanda olduğu kimi dünyanın müxtəlif ölkələrində də manşetlərə çıxıb.

Çin mediasında Türkiyə ilə ABŞ arasında F-35-lə bağlı çıxılmaz durum yaranmasına diqqət çəkilib və Ankaranın bundan sonra öz imkanları hesabına müasir təyyarələr istehsal etməyi bacardığı bildirilib.

İsrailin “Noticias” saytı isə MMU-nun qısa müddətdə atış sınaqlarına başlayacağını yazıb.

“Defence of Arabia” da MMU-nun sınaqdan uğurla keçdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər