PKK terror təşkilatının “yuva”sı Qəndildən Türkiyənin müxalif Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğluna növbəti dəstək gəlib.
Teleqraf.com xəbər verir ki, PKK lideri Duran Kalkan CHP sədrini mədh edib, onun mövqeyinin “antifaşist çevrələr”də (terror təşkilatında) ümid yaratdığını deyib.
Kılıçdaroğlunun mövqeyindən ümidlənən PKK lideri söyləyib:
“CHP-nin bu mövqeyinin nə dərəcədə dərin olacağı, başqalarının bununla razılaşıb-razılaşmayacağı qeyri-müəyyəndir”.