29 Dekabr 2014 13:48
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalındakı Ərbil şəhərində tunel çöküb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərbil-Selahəddin yolu üzərindəki Pirmam tunelinin çökməsi nəticəsində 3 türk işçi ölüb, biri isə yaralanıb.

Tunelın Türkiyəyə məxsus bir şirkət tərəfindən inşa olunduğu deyilir. Ölən işçilər Əhməd Şahin (45) və Mehmet Şahin (40) qardaşlar ilə Cəlal Bilmendir. Ayağı qırılan digər türk işçi Ərbildəki Rizgari xəstəxanasında müalicə olunur.


Müəllif: