Ukraynanın Avropa Birliyinə daxil olması və NATO-dan Kiyev üçün təhlükəsizlik zəmanətinin verilməsi məsələsi hazırda gündəmdə deyil.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“NATO “açıq qapı” siyasəti aparır, suveren dövlətlər hansı alyansa qoşulmaq istədiklərinə özləri qərar verirlər. Ukrayna məsələsi bu gün gündəmdə deyil”, - alman nazir bildirib.
Berbok qeyd edib ki, AB-yə üzvlük islahatlar prosesindən asılıdır.