20 Mart 2023 18:19
12 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkalı irqçi siyasətçi Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıraraq İslamı və qardaş ölkəni hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi təxribatçı addımına yenə İslam və Türkiyəni təhqir edərək “haqq” qazandırıb.

“Bütün dünyada İslamı və Ərdoğanı hədəf almağımız çox vacibdir. İslama hörmət etmirik. Biz İslama xor baxırıq və burada istəmirik”, - Paludan deyib.

Bundan əvvəl də dəfələrlə Quranı yandıran Paludan Türkiyənin İsveçdəki səfirliyi qarşısında müqəddəs kitabı yandıraraq iki ölkə arasında gərginliyə səbəb olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər