Rusiya təyyarələri Qara dənizdə fəaliyyət göstərən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2” dronlarını vurmağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, “reaktiv yuma” (Jet wash) üsulunu sınayan ruslar məqsədlərinə nail ola bilməyiblər.
TB2 “tələ”dən yayınaraq, uçuşunu davam etdirib.
“Reaktiv yuma” aviasiyada reaktiv mühərrikin arxasında alovlanma nəticəsində yaranan hava axınını ifadə edir. Bu üsul PUA kimi yüngül hava vasitələrini sıradan çıxarmaq üçün istifadə olunur.
Ruslar bundan əvvəl ABŞ PUA-larını bu üsulla sıradan çıxarıblar.
Olayın videogörüntüsünü təqdim edirik: