21 Mart 2023 10:06
3 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamaq niyyətinə görə kömək üçün Rusiyanın müdafiə naziri Sergey Şoyquya müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə dəstəbaşının mətbuat xidməti məlumat yayıb.

Priqojin müraciət məktubunda bildirib ki, martın sonu-aprelin əvvəllərində Ukrayna Silahlı Qüvvələri “genişmiqyaslı hücuma” başlamağı və “Vaqner” qrupunu Rusiya Silahlı Qüvvələrinin əsas hissəsindən ayırmaq üçün “parçalayıcı zərbələr” endirməyi planlaşdırır.

Bununla əlaqədar Priqojin Şoyqudan “ayırmanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi” xahiş edir. Onun fikrincə, əks halda bu, “mənfi sonuclara” yol açacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər