Rusiya donanması martın 22-də səhər saatlarında yerüstü pilotsuz təyyarələrin hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Sevastopolun qubernatoru Mixail Razvozhaev "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, ümumilikdə 3 dron aparatı məhv edilib.
"Döyüş gəmilərinə ziyan dəyməyib”, - qubernator yazıb.
Həmçinin, hücum nəticəsində bir neçə binaya ziyan dəysə də, insanlar arasında itki yoxdur. Şəhər rəhbəri qeyd edib ki, pilotsuz təyyarələr buxtaya girməyə cəhd edib, lakin rus hərbçiləri atıcı silahlardan atəş açıblar. İndi bütün əməliyyat xidmətləri hazır vəziyyətdədir.