23 Mart 2023 10:09
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Ərdoğan Xalqların Demokratik Partiyasının (HDP) mayın 14-də keçiriləcək prezident seçkisinə öz namizədini irəli sürməyəcəyinə dair bəyənatına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan HDP-nin lap əvvəldən "Altılıq masası"nın yeddinci ortağı olduğunu deyib.

"İndi masanın altından üstünə çıxıb. CHP ilə HDP-nin ortaq olduğunu bilirik, amma bunu millətimizə izah etməli idik. HDP PKK-ya bərabərdir. HDP YPG/PYD-yə bərabərdir. Biz bunu həmişə demişik. Bəs bu bərabərlikdə CHP-nin yeri hardadır? Qoy xalqım bu haqda düşünsün. "Yeddilik masası"nda digər partiyaların üzvü olan vətəndaşımız bir daha fikirləşsin", - dövlət başçısı vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər