Rusiya Suriyadan tramplin kimi istifadə edərək Yaxın Şərqdə təsirini artırmağa, həmçinin Afrikadakı mövcudluğunu genişləndirməyə çalışır.
Teleqraf.com xəbər verir ku, bu barədə cümə axşamı ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Maykl Kurilla və ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli birgə açıqlama verib.
Generalların bəyanatı ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin saytında dərc olunub.