25 Mart 2023 11:04
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu son sutkada Ukraynanın Xerson vilayətini 67 dəfə atəşə tutub.

Teleqraf.com "RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, düşmən son 24 saatda ağır artilleriyadan ümumilikdə 301 mərmi atıb: “23 mərmi yaşayış məntəqələrinə, fərdi və çoxmənzilli binalara, tibb müəssisəsinə düşüb. Təəssüf ki, itkilərimiz var. 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb”.

Hərbi administrasiya rəhbərinin sözlərinə görə, həmçinin Xersona 7 hücum cəhdi olub.

O bildirib ki, son sutkada 59 mülki şəxs Xersondan təxliyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər