26 Mart 2023 20:00
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu bazar günü Aİ-nin xarici xidmətinin rəhbəri Cozep Borrel deyib.

"Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır", - o, Twitter-də yazıb.

Borrell həmçinin Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini “eskalasiya və Avropa təhlükəsizliyinə təhdid” adlandırıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər