27 Mart 2023 13:20
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək partiyasının sədri Əhməd Davudoğlu CHP lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizəd olmasını istəməyib.

Teleqraf.com xəbər verir ki, bunu Səadət partiyasının vəkili Ali Aktaş deyib.

Aktaş Davudoğlunun bu haqda ona danışdığını iddia edib.

Vəkil 2022-ci ilin yanvarında Davudoğlu ilə görüş keçirdiyini və bu zaman “Yeddilik Masası” haqda məlumat aldığını bildirib:

“2022-ci ilin yanvarında ona baş çəkdiyim zaman qısaca iki şeyi dedi: qorxuram ki, 28 Fevraldan da ağırı gəlir, masada bunun qarşısını alacağıq, mənim “Masa”dakı missiyam bir CHP-çinin prezident seçilməsini əngəlləməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər