28 Mart 2023 09:57
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi qüvvələri Baxmutda cənubdan mərkəzə və şəhərin şimal-qərbinə doğru irəliləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.

“Vaqner” qrupunun lideri Yevgeni Priqojin martın 27-də Baxmut 5 nömrəli məktəbin binasında olub. Bu, Baxmut Şəhər Şurasından bir kilometr cənub-şərqdə yerləşir.

Bundan əlavə, ISW bildirir ki, ruslar şəhərin şimal-qərbində, sənaye zonasında və Zelena və Aleksandra Kolpakova küçələri boyunca irəliləyiblər. Bura Baxmutun mərkəzindən bir neçə kilometr aralıdadır.

Baxmuta hücumda “Vaqner”in muzdlularına rus ordusunun nizami bölmələrinə kömək edir.

Ayrıca, institut “Vaqner”in ən döyüşkən hissələrinin Avdiv istiqamətinə göndərilə biləcəyinə diqqət çəkir.

“Rusiya hərbi rəhbərliyi bu şəhəri ələ keçirməyə çalışan Donetsk separatçılarının tükənmiş və qeyri-peşəkar bölmələrinə dəstək üçün “Vaqner”in müəyyən hissələrini Avdivə göndərmək qərarına gələ bilər. Əgər “Vaqner” döyüşçüləri həqiqətən də Avdiv yaxınlığında döyüşürlərsə, bu, Rusiyanın son həftədə bu istiqamətdə məhdud taktiki uğurlarını izah edə bilər”, - ISW qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər