Fransada keçirilən rəy sorğusunun nəticələrinə görə, Prezident Emmanuel Makronun populyarlığı ölkədə pensiya islahatına qarşı etirazlar səbəbindən bir ayda 6 faiz azalıb.
Teleqraf.com xəbər verir ki, BVA araşdırma qrupu fransızların 70 faizindən çoxunun Makronun yaxşı prezident olmadığını düşündüyünü bildirib.
Fransa liderinin populyarlığı 28-ə enib. Bu, vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədir.
Makronun mübahisəli pensiya islahatına təkid etməsi səbəbindən onun populyarlığı əvvəlki ayla müqayisədə 6 faiz azalıb.
Digər tərəfdən, islahatı parlamentə təqdim etmədən birbaşa qəbul edən Baş nazir Elizabet Börnün populyarlığı 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri 2 faiz azalaraq ən aşağı səviyyəyə düşüb.
Respondentlərin üçdə ikisi pensiya yaşının 2 il artırılaraq 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahatın geri götürülməsini istəyir.
Sorğu martın 24-25-də ölkə əhalisini təmsil edən yaşı 18-dən yuxarı olan 1000 nəfər arasında aparılıb.