29 Mart 2023 23:57
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ABŞ-dən 1,25 milyard dollar təmənnasız yardım alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında məlumat verilib.

“Bu gün, martın 29-da Ukraynanın dövlət büdcəsinə 1,253 milyard dollar məbləğində qrant vəsaiti daxil olub”, - məlumatda deyilib.

Qeyd olunub ki, bu vəsait ABŞ tərəfindən Dünya Bankının məqsəd fondu vasitəsilə Ukraynada dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinin dəstəklənməsi üçün dördüncü əlavə maliyyələşdirmənin bir hissəsi kimi verilib.


Müəllif: Teleqraf.com