30 Mart 2023 22:13
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, təxminən 3 saat davam edən görüşdən sonra yazılı açıqlama yayılıb.

Açıqlamada 6 fevralda baş verən zəlzələlərdən zərər çəkmiş əyalətlərdə həyatın normallaşdırılması məsələsi diqqət mərkəzində olub.

Bəyanatda Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanılmasında qərarlılıq, terror əməliyyatlarının davam etdirilməsi əzmi və mayın 14-də keçiriləcək seçkilərin təhlükəsizliyi məsələsi də yer alıb.

Həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dəniz təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin davam etdirilməsi qərara alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər