31 Mart 2023 22:28
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün təxminən 3.5 milyon müsəlmanın yaşadığı ABŞ-da 1900-cü illərin əvvəllərində əksəriyyəti Osmanlı İmperiyasından köçmüş 10 minə yaxın müsəlman yaşayırdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” saytı yazır.

Osmanlı dövləti Sultan Rəşadın dövründə ilk dəfə 1910-cu ildə Məhmət Əli Əfəndi adlı imamını ABŞ-a göndərib.

Məhmət Əli Əfəndi Nyu Yorka gəldikdən sonra müsəlmanlarla səmimi münasibət qurmuş, dövlətin ali təhsil üçün göndərdiyi gənclərə rəhbərlik etmişdi.

Türk imamım səyləri ilə Nyu-Yorkda açılan məscid Amerika mediasında da böyük əks-səda doğurub.

Məhmət Əli Əfəndi bu məscidin kifayət etmədiyini düşünmüş və yeni ibadət yerlərinin tikilməsi üçün müxtəlif dövlətlərdən ianə toplamışdı. Amma onun Nyu-Yorkda böyük bir torpaq sahəsi alıb yeni məscid tikmək fikri Birinci Dünya Müharibəsi səbəbindən reallaşa bilməmişdi.

Eyni zamanda, Türkiyə Cümhuriyyəti elan edildikdən sonra ABŞ-ın müxtəlif ştatlarında yardım toplayan Məhmət Əli Əfəndi bu yardımlarla Ankarada ilk uşaq evinin yaradılmasını təmin etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər