2 Aprel 2023 15:43
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Polşa sərhəddə ümumi keçid məntəqələrinin yaradılması üzərində işləyirlər.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur nazirinin müavini Sergey Derkaç bildirib.

Derkaçın sözlərinə görə, belə məntəqələrin tikintisinə 2023-cü ilin sonunda - 2024-cü ilin əvvəlində başlana bilər. Lazımi sənədlər Polşa tərəfi ilə razılaşdırılır.

“Bu, vahid binadır, vahid ərazidir. Və bu, sərhədi keçmə prosedurunu sürətləndirir. Həmçinin burada korrupsiya və qaçaqmalçılıq riskləri var”, - deyə siyasətçi bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər