Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 44 km aralıda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə idarəsinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, zəlzələ 5-6 bal gücündə hiss olunub. Yeraltı təkanların ocağı 100 kilometr dərinlikdə yerləşib.
Ölənlər və dağıntılar barədə məlumat verilməyib.