Bazar günü axşam saatlarında naməlum pilotsuz uçan aparat (PUA) Suriyadan İsrailin hava məkanını keçib.
Teleqraf.com xəbər verir ki, bundan sonra İsrail Hərbi Hava Qüvvələrinin helikopterləri və döyüş təyyarələri havaya qaldırılıb.
İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamaya görə, bütün uçuş zamanı təyyarə Hərbi Hava Qüvvələrinin nəzarəti altında olub, sonra isə vurulub.
Açıqlamada qeyd olunur ki, müdaxilə araşdırılır, hazırda vurulan PUA-nın qalıqları axtarılır.
İsrail Müdafiə Nazirliyi ölkənin hava məkanına müdaxilə edərkən vurulan dronun İrana məxsus olmasından şübhələnir.