5 Aprel 2023 11:05
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində irəliləyiş və Rusiya qoşunlarının cənub istiqamətində hücumu olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun polkovniki Roman Svitan deyib.

“Müdafiə keçən düşmən dağılışmağa çalışır. Müdafiə geri çəkilməni örtmək üçün dama taxtası şəklində qurulur, işğalçılar geri çəkilməyi planlaşdırırlar. Şimaldan cənuba bəzi müdafiə tədbirləri həyata keçirirlər. Ruslar artıq bizim hücum əməliyyatlarımızın ümumi konturlarını və ehtimal olunan cəbhə xəttini görürlər. Ona görə də düşmənin cənub cəbhəsində heç bir hücumu olmayacaq”, - Svitan bildirib.

Onun sözlərinə görə, Donetsk və Luqansk cəbhələrində ruslarda hələ bir neçə həftəlik döyüş əhval-ruhiyyəsi qalıb:

“Düşmənin hələ də şərq cəbhəsində müəyyən qədər qüvvə və texnikası var. Ayın sonuna qədər ruslar hər şeydən istifadə edəcək, sonra müdafiəyə keçəcəklər. Düşmən Baş Qərargahımızın müəyyən edəcəyi xətt üzrə əks-hücumlarımızı dayandırmağa çalışacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər