Polşa və Ukrayna müharibə nəticəsində dağılmış Ukraynanın bərpasına dair əməkdaşlıq memorandumu və tank sursatlarının birgə istehsalına dair memorandum imzalayıblar.
Teleqraf.com xəbər verir ki, memorandum Ukrayna Prezidenti Vladimir Zelenskinin Polşaya rəsmi səfəri çərçivəsində Varşavada onunla Polşanın Baş naziri Mateuş Moravetski arasında imzalanıb.
Tərəflər memorandumda Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın yenidən qurulmasında əməkdaşlıq etmək və həmçinin hazırda Ukraynanın hərbi arsenalı üçün tələb olunan 125 mm çaplı tank mərmilərinin birgə istehsalı barədə razılığa gəliblər.