6 Aprel 2023 10:33
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya ordusunun 60-dan çox hücumunu dəf edib. Baxmut, Avdiv və Marin hərbi əməliyyatların episentri olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hazırda rus qoşunları əsas səylərini Liman, Baxmut, Avdiv və Marini ələ keçirməyə yönəldib.

Məlumata görə, Rusiya ordusu Baxmut şəhərini ələ keçirmək üçün uğursuz cəhdlərini davam etdirir. Ötən gün bu istiqamətdə Boqdanivka və İvanivsk rayonlarına hücum əməliyyatları uğursuzluqla başa çatıb. Ümumilikdə Baxmut istiqamətində rusların 20-yə yaxın hücumunun qarşısı alınıb.

Rusiya qüvvələri Avdiv və Marin bölgələrində də uğursuz hücumlar həyata keçirib. Marin yaxınlığında 25-dən çox hücum dəf edilib.

Ruslar Şaxtyor istiqamətində İran dronları ilə hücuma cəhd göstərib.

Bundan başqa, Ukrayna aviasiyası rusların şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə dağıdıcı zərbələr endirib. Zərbələrdən birndə rus ordusunun “Ka-52” tipli helikopteri, “Orlan” və “Supercam” tipli 2 PUA-sı məhv edilib.

Raket qüvvələri və artilleriyaçılar Rusiya ordusunun 2 idarəetmə məntəqəsini, 3 döyüş sursatı anbarını, 3 zenit müdafiə məntəqəsini və 4 elektron döyüş məntəqəsini sıradan çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər