7 Aprel 2023 05:42
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNICEF-in Türkiyə nümayəndəsi Regina De Dominikis zəlzələnin uşaqlara və onların ailələrinə uzunmüddətli təsirinin qarşısını almaq üçün beynəlxalq yardımın artırılması zərurətinə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Dominikis UNICEF-in Türkiyə nümayəndəliyinin əlavə olaraq 138 milyon dollar yardım üçün müraciət etdiyini bildirib. Bölgədəki uşaqlara və ailələrə zəlzələdən sonra sağalmaq və həyatlarını bərpa etmək üçün təcili yardım edilməsinin vacib olduğunu qeyd edən Dominikis, bu qrupa aid insanlara diqqət göstərməyin prioritet olduğunu deyib.

UNICEF bildirir ki, Türkiyədə zəlzələlərdən təxminən 4 milyon nəfər məktəb yaşlı uşaq zərər çəkib.

Milli Təhsil Nazirliyinin təhsil fəaliyyətinə dəstək verən UNICEF sökülən məktəblərin yenidən qurulması üçün də maliyyə yardımı göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər