8 Aprel 2023 17:20
2 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüvə enerjisi ilə idarə olunan raket sualtı gəmisi Bəhreyndə yerləşən Beşinci Donanmaya dəstək məqsədilə Yaxın Şərqdə fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Donanmanın komandiri Timoti Hokins “USS Florida” gəmisinin aprelin 6-da bölgəyə daxil olduğunu və Süveyş kanalından keçdiyini deyib.

“Gəmi 154-ə qədər “Tomahawk” quru əməliyyatları üçün nəzərdə tutulmuş qanadlı raketləri daşımağa qadirdir və regional dəniz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün ABŞ-ın 5-ci Donanmasında yerləşdirilib”, - Hokins bildirib.

ABŞ-ın bu addımının son zamanlarda İsrail və digər bölgə ölkələrinə təhdidlərini artıran İrana qarşı həmlə olduğu güman edilir. İran rejimi bu dövlələrlə yanaşı, Suriyada dəstəklədiyi terrorçu qüvvələrlə ABŞ-ın bu ölkədəki hərbi bazalarını da tez-tez hədəfə alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər