31 Dekabr 2014 00:40
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Şırnak bölgəsinin Cizrə kəndində "Əl-Cəzirə Türk" kanalı əməkdaşlarının qaldığı otel avtomat silahlarla atəşə tutulub.

Teleqraf.com-un "Sabah"a istinadən məlumatına görə, "Əl Cəzirə Türk"ün jurnalisti Abdulqadir Konuksevər və operator İlker Daş PKK terror təşkilatının gənclik quruluşlaşması YDG-H üzvlərinin Cizrədə HUDA-PAR üzvlərinə hücumlarından sonra baş verənləri izləmək üzrə həmin kəndə gəliblər.

Axşam yerləşdikləri otel otağının pəncərəsindən görüntü almağa çalışan Konuksevər və Taşa otelin arxasındakı evlərin damında olan YDG-H üzvləri tərəfindən atəş açılıb. Atılan güllələrdən 3-ü otağın içərisinə düşsə də, jurnalistlər yaralanmadan xilas olub.

Mətbuat mənsublarının olduğu otelə girməyə çalışan qrup otel işçiləri tərəfindən geri oturdulub. Hadisədən sonra jurnalistlər kəndi tərk edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər