10 Aprel 2023 19:55
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya 4 gündür Cənubi Koreya hökumətinin transsərhəd əlaqə və hərbi qaynar xətt vasitəsilə edilən müntəzəm zənglərinə cavab vermir.

Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyi açıqlayıb.

“Şimali Koreya cümə günündən bəri adi zənglərə cavab vermədiyi üçün gündəlik rabitə xəttini birtərəfli qaydada kəsmiş kimi görünür", - deyə Birləşmə Nazirliyin açıqlamasında deyilir.

Cənubi Koreyanın Müdafiə Nazirliyi də hərbi rabitə kanalı vasitəsilə gündəlik iki dəfə edilən zənglərin 4 gün ardıcıl olaraq cavabsız qaldığını qeyd edib.

Birləşmə Nazirliyinin sözçüsü Koo Byoungsam isə bildirib: “Hökumət vəziyyəti izləyərkən, bir tərəfdən (Şimalın mövqeyinə) necə cavab veriləcəyini nəzərdən keçirir. Bizim rəsmi mövqe bildirməyimiz uzun çəkməyəcək”.

Qeyd edək ki, Şimali və Cənubi Koreya gündə iki dəfə, saat 09:00 və 17:00-da xətt üzərindən əlaqə saxlayır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər