11 Aprel 2023 13:52
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Nazirliyi Yunanıstanla imzalanan müqavilə ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada iki ölkənin müdafiə nazirlikləri arasında müdafiə sazişinin imzalandığı bildirilib.

Müqaviləyə əsasən, İsrail Yunanıstana “Spike” NLOS raketləri satacaq.

Afinaya satılacaq raketlərin dəyəri 370 milyon avrodur. Raketləri İsrailin dövlət müdafiə sənayesi şirkəti “Rafael” istehsal edəcək.

“Rafael”in istehsal etdiyi tank əleyhinə idarəolunan raketlərdən bir çox Avropa Birliyi və NATO ölkələri istifadə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər