"ABŞ Türkiyənin HƏMAS-la əlaqələrindən narahatdır və Ankaranı zorakılıq aktlarına son qoyması üçün radikal Fələstin hərəkatına təzyiq göstərməyə çağırır".
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə ənənəvi brifinqdə Dövlət Departamentinin rəsmi təmsilçisi Ceff Ratke bildirib.
O, deyib ki, Vaşinqtonun HƏMAS-la bağlı mövqeyi əvvəlki kimidir: "HƏMAS xarici terror təşkilatı kimi tanınıb".
"HƏMAS terrorçu təşkilat kimi fəallığını davam etdirir və bu ilin yayında İsraillə münaqişə zamanı öz məramını nümayiş etdirdi", - Ratke deyib.
O, vurğulayıb ki, ABŞ Türkiyə ilə HƏMAS arasında əlaqələrdən narahatdır: "O cümlədən HƏMAS-ın Siyası Brosunun rəhbəri Xalid Maşallahın bu yaxınlarda Türkiyəyə səfəri narahatlıq doğurdu. Biz artıq Türkiyə hökumətini HƏMAS-ı gərginliyi azaltmaq və zorakılığa son qoymağa məcbur etməyə çağırdıq. Biz bu məsələni çox yüksək səviyyədə qaldırdıq".
Nihad