11 Aprel 2023 17:10
2 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Qaribaşvili ABŞ-ın dörd gürcü hakiminə sanksiya tətbiq etməsinə ilk dəfə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir hakimləri tam dəstəklədiyini deyərək, ABŞ-a məhkəmə sisteminin işinə qarışmamaq barədə xəbərdarlıq edib.

“ABŞ Dövlət Departamentinin qərarı ilə bağlı heç bir sübut görmədik. Bu qərar məni təəccübləndirir. Ağrılı və anlaşılmazdır. Düşünürəm ki, həqiqət üzə çıxacaq. Tərəfdaşlarımızla danışacağıq, heç bir sual cavabsız qalmayacaq”, – Qaribaşvili söyləyib.

Baş nazir hökumətin hakimləri təzyiqlərdən qorumaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Ötən həftə ABŞ Dövlət Departamenti iki ölkənin münasibətləri tarixində ilk dəfə olaraq sanksiyalar mexanizmindən istifadə edib. Dörd gürcü hakimə “irimiqyaslı korrupsiyada əli olduğuna görə” viza məhdudiyyətləri tətbiq olunub. Qərar onların ailə üzvlərinə də şamil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər