11 Aprel 2023 20:39
10 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna silahlı qüvvələri lazımi qüvvə və vasitələrə malik olarsa, bu ilin payızına qədər Krımı işğalçılardan azad edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib.

“Hərbi baxımdan Krımın özü əməliyyatlar üçün çətin ərazidir. Ancaq əks-hücumumuzun perspektivlərinə gəlincə, rusların texnika ötürmək üçün istifadə etdikləri Krım körpüsü dağıdıla bilər. Hava və dəniz yolu ilə ruslar Krımın müdafiəsi üçün kifayət qədər texnika və sursat verə bilməyəcək. Buna görə də dar su keçidləri (Perekop) onlar üçün yeganə etibarlı marşrut olaraq qala bilər”, - ekspert bildirib.

Polkovnik əlavə edib ki, Krımı saxlamaq ruslar üçün çox çətin olacaq:

“Ukrayna hərbi dəstək almağa davam edərsə, Krım payızdan əvvəl işğaldan azad olunacaq. Krım körpüsünü və yarımada ərazisindəki bütün hərbi obyektləri məhv edə biləcəyimiz uzaqmənzilli məhvetmə vasitələrinə ehtiyacımız olacaq. Bundan sonra Ukrayna Silahlı Qüvvələri Krıma girib bütün işğal olunmuş əraziləri azad edə bilər. Krımdakı ruslar tələyə düşüblər. Tarix boyu Krımda olan heç bir ordu yarımadanı əlində saxlaya bilməyib. Onların qoşunlarını geri çəkməyə yerləri olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər