12 Aprel 2023 16:28
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) sədrinin müavini Bağdadda iraqlı həmkarı Qasım əl-Aracini ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Görüşdə regionda təhlükəsizliklə bağlı son gəlişmələrlə yanaşı, iki ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərə nəzər salınıb. İraq və Türkiyə arasında təhlükəsizlik problemlərinin həlli və sərhəd nəzarəti üzrə yol xəritəsi müzakirə edilib.

MİT rəsmisi İraq Baş naziri Məhəmməd əl-Sudaninin martda Türkiyəyə səfərinin mühüm və müsbət olduğunu vurğulayaraq, ölkəsinin Bağdadla müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək istəyini bildirib.

MİT yetkilisinin Bağdad səfəri Türkiyənin aprelin əvvəlində Süleymaniyyə hava məkanını bağlamasından sonra baş tutub. Həmin gün əl-Araci Bağdadda İraq Kürd Regional Hökumətinin (İKRG) baş nazirinin müavini Qubad Təlabani ilə görüşüb.

Digər tərəfdən, Qubad Təlabaninin Ankarada MİT rəhbəri Hakan Fidanla görüşdüyü açıqlanıb.

Məlumata görə, Süleymaniyyədəki hadisələrdən sonra Təlabani Fidanla görüşmək üçün Ankaraya gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər