Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər edəcəyi təqdirdə həbs olunacaq.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Avstriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Axtarışda olan şəxsin tutulması olduqca vacibdir. Təbii ki, prezident Putin də qanundan üstün deyil", - deyə Avstriya XİN-dən bildirilib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Rusiya Prezidenti Vladimir Putin həbs oluna bilər.