Əfqanıstanda xidmət edən türk birliyi bir il müddətində paytaxt Kabildə yerləşən Həmid Kərzai Beynəlxalq Hava Limanına nəzarət edəcək.
Teleqraf.com türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı bu gün Kabidə fransız birliyi ilə limanın təhvil-təslim mərasimi keçirilib.
Mərasimdə Türkiyənin Kabildəki səfiri İsmayıl Qorxmaz, NATO-nun Əfqanıstandakı Hərbi Hava Qüvvələri Komandanı general Con K. Mcmullen, general Məmməd Cahit Mis, fransız general-mayor Filip Lavigne və bir çox hərbi səlahiyyətli şəxslər iştirak edib.
Tədbirdə bildirilib ki, bunun üçün Əfqanıstanda xidmət edən türk əsgərlərinin sayı 1100 nəfər çatdırılacaq.
Samir